Fevralın 8-də Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov rəsmi səfərlə Türkiyəyə yola düşəcək. Bu barədə Trend ə Milli Məclisdən məlumat verilib.
Fevralın 11-nə kimi davam edəcək səfər çərçivəsində O.Əsədov Türkiyənin ali rəhbərliyi, o cümlədən prezident Əhməd Necdət Sezər, parlamentin spikeri Bülənt Arınc, baş nazir Rəcəb Tayib Ərdoğan və başqaları ilə görüşəcək. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin, ilk növbədə isə parlamentlərarası əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər zamanı O.Əsədovu 10-a yaxın deputat müşayiət edəcək.