Milli Məclisin fevralın 7-də keçirilən növbədənkanar iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılması ilə bağlı müzakirələr aparılıb . Trend xəbər verir ki, bu məsələ ilə bağlı deputatlar arasında fikir müxtəlifliyi yaranıb. Millət vəkillərindən Aydın Mirzəzadə, Səməd Seyidov və digər deputatlar MSK-nın yeni tərkibinin tam formalaşdırılmasını 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərdən sonra zəruriliyini vurğulayıblar. Qeyd ediblər ki,MSK-nın müzakirəyə çıxarılan formatı qəbul edilməlidir.
Uzun çəkən müzakirələrdən sonra Azərbaycan Respublikası Seçki məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, MM-də çoxluq təşkil edən "Yeni Azərbaycan" partiyası, müsmtəqil deputatlar, azlıq təşkil edən "Ana Vətən" partiyası, Azərbaycaen Demokratik islahatlar Partiası, Böyük quruluş partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Sosial Rifah partiyası, Vətəndaş Birliyi Partiyasının təqdimatlarını nəzərə alaraq, MM MSK-nın tərkibinin formalaşdırılması ilə bağlı qərar qəbul edib.
MSK-nın yeni tərkibinə "Yeni Azərbaycan" partiyasından Məzahir Pənahov, Svetlana Qasımova, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov daxil ediliblər. Müstəqil deputatların namizədləri isə Tofik Həsənov, İlham Məmmədov, Natiq Məmmədov, Nizami Nadirov və Azər Tağıyevdir. Parlamentdə azlıq təşkil edən partiyaların MSK-da nümayəndələri Tamam Gəfərova və Rövşən İsmayılov təyin ediliblər.
Eyni zamanda, MSK-nın əvəzedici heyyətinin də formalaşdırılması ilə bağlı parlament qərar qəbul edib. Qərara əsasən, Zeynal Ağayev (YAP), Surətdin Hümbətov (YAP) və Nadir Aqilov MSK-nın əvəzedici üzvləri seçiliblər.