...

Azərbaycan XİN Avropanın bir sıra KİV-də möminlərin hissinə toxunan nəşrlərlə bağlı yaranmış vəziyyəti şərh edib

Siyasət Materials 7 Fevral 2006 19:45 (UTC +04:00)

Azərbaycan dinlər arasında dialoqu qarşılıqlı ehtiram və anlayışın möhkəmləndirilməsi üçün zəruri hesab edərək həmişə dəstəkləmiş və genişləndirmişdir. Bu barədə Trend ə AR XİN-in mətbuat və informasiya siyasəti İdarəsinin rəisi Tahir Tağızadə Qərbin bir sıra KİV-də Məhəmməd peyğəmbərin nəşr edilmiş karikaturaları ilə bağlı yaranmış vəziyyətə münasibətdə Azərbaycanın xarici siyasət idarəsinin rəsmi mövqeyini şərh edərkən bildirib.

Azərbaycanda əsrlər boyu müxtəlif dinlərdən olan nümayəndələrin birgə yaşadığı, eləcə də Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi dövlət olduğu üçün Avropanın bir sıra KİV-də yayımlanmış mənfi nəşrlərlə ölkə möminlərinin hissinə toxunulub. "Biz bunu müsəlman dininə hörmətsizlik kimi qiymətləndiririk və belə addımları pisləyirik. Azərbaycan yaranmış vəziyyətin konstruktiv dialoq yolu ilə həllinin rəsmən tərəfdarıdır"-deyə T.Tağızadə bildirib.

Xəbər lenti

Xəbər lenti