...

Vurğun Əyyub: "Müsavat Partiyasının təmsil olunmadığı heç bir siyasi blok uğur qazana bilməz"

Siyasət Materials 8 Fevral 2006 13:56 (UTC +04:00)

"Müsavat Partiyasının təmsil olunmadığı heç bir siyasi blok uğur qazana bilməz". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar), Azərbaycan Demokrat Partiyasının (ADP), Lalə Şövkətin lideri olduğu Milli Birlik Hərəkatının və Əli Əliyevin sədrlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) birgə blok yaradacağı gözlənilir. Parlamentdə və təkrar seçkidə iştirak etdiyinə görə Müsavat Partiyasının yeni siyasi bloka cəlb edilməyəcəyi bildirilir. Bu məsələyə münasibətini bildirən Vurğun Əyyub deyib ki, hər kəs yeni siyasi qurum yaratmaqda sərbəstdir. Lakin V.Əyyub Müsavat Partiyasının keçmiş müttəfiqlərinin yeni yaradacağı bloka qoşulmadığı üçün onun perspektivini də görmür.

Müsavat Partiyasının rəsmən "Azadlıq" blokunu tərk edib-etməyəcəyinə gəldikdə, başqan müavini ""Azadlıq" bloku sırf seçki bloku idi və seçkidə birgə iştirak məqsədilə yaradılmışdı. Seçkilər də artıq başa çatıb" -deyə cavab verib.

Xəbər lenti

Xəbər lenti