...

Milli Məclisin spikeri Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun iclasında iştirak edib

Siyasət Materials 9 Fevral 2006 18:09 (UTC +04:00)

Azərbaycanın Milli məclisinin spikeri Oqtay Əsədov fevralın 9-da Ankarada Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun iclasında iştirak edib. Trend in Türkiyə parlamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan parlamentinin spikeri çıxış edərək "Azərbaycan parlamentarilərinin özlərini Türkiyədə öz evlərindəki kimi hiss edirlər" -deyə bildirib.

Əsədov parlamentin sədri kimi ilk xarici səfərini məhz dost Türkiyəyə etdiyini bildirib və Milli Məclisin tərkibində ən böyük qrupun Azərbaycan və Türkiyə dostluq qrupunun olduğunu qeyd edib. "Azərbaycan Türkiyənin möhkəmlənməsi və güclənməsini öz qüvvətlənməsi kimi qəbul edir", -deyə Azərbaycan Milli Məclisinin spikeri bildirib.

Öz növbəsində, qrupun sədri, Ankaradan olan (iqtidardakı Əlalət və İnkişaf Partiyasından) deputat Haluk İpək qeyd edib ki, son 10 ildə Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm uğurlar əldə edib. "Zaman Azərbaycanın xeyrinə işləyir", - deyən H. İpək bildirib ki, Azərbaycan torpaqlarının işğalının davam etməsi Türkiyəni narahat etməyə bilməz.

Onun sözlərinə görə, Azərbaycan siyasi səylərini gücləndirməklə Dağlıq Qarabağ münaqişəsini həll edə bilər.

Xəbər lenti

Xəbər lenti