...

Vəhdət Partiyası YAP-la dialoqa hazırlaşır

Siyasət Materials 10 Fevral 2006 15:05 (UTC +04:00)

Vəhdət Partiyası fevralın 14-də Siyasi Şurasının iclasında iqtidarla dialoqa gedib, getməməklə bağlı qərarını verəcək. Bu barədə Trend ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, belə bir istək onlarda çoxdandır: "Partiyanın Siyasi Şurasının bu məsələyə münasibəti müsbət olarsa onda iqtidarda olan Yeni Azərbaycan Partiyasına dialoqa hazır olmağımızla bağlı müraciət olunacaq". Partiya sədri onu da bildirib ki, dialoq YAP-ın hər hansı bir yüksək səlahiyyətlisi ilə onun və yaxud partiyaların nümayəndələri arasında da aparıla bilər.

Partiya sədri əlavə edib ki, Vəçhdət Partiyasının bu təşəbbüsünə müxalifətdən olan digər partiya rəhbərləri də qoşulmaq istəyirlər: "Hələlik bu prosesdə tək təmsil olunmaq istəyirik". YAP-la dialoqda ümummilli məsələlərin müzakirə olunacağını deyən T.Kərimli bunun baş tutacağına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti