...

Naxçıvanda quş qripi yoxdur

Siyasət Materials 10 Fevral 2006 18:00 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası (NMR) baytarlıq xidmətinin müdiri Əbil Əbilovun Trend ə verdiyi məlumata görə, quş qripi xəstəliyi ilə əlaqədar hər gün yoxlamalar aparılır. Bu barədə baytar həkimlərə tapşırıqlar verilir. Əhali ilə görüşlərimizdə bildiririk ki, onlar quşları qapalı şəraitdə saxlamalıdırlar. Əgər belə şərait yoxdursa, quşları kəsmək lazımdır. Baytar həkimlərin əhali ilə əlaqəsi var, hansı təsərrüfatda hər hansı bir quş məhv olarsa, təcili təhlil götürülür və xəstəliyin səbəbi bildirilir.

Araz boyu ərazilərdə quşlara baytar həkimləri tərəfindən nəzarət olunur. Eyni zamanda Ekologiya nazirliyi tərəfindən də bu sahə diqqət mərkəzindədir. Həmçinin orada da bir quş məhv olursa, laboratoriyada təhlil aparılır. Sərhəd-keçid məntəqələrində baytarlıq xidmətinin təşkil etdiyi məntəqələr daim çalışır. Naxçıvanda hələlik quş qripi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti