...

ADP Ali Məclisinin toplantısı fevralın 12-də keçiriləcək

Siyasət Materials 11 Fevral 2006 12:08 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin fevralın 12-də keçirəcəyi toplantıya partiyanın ABŞ-da yaşayan sədri Rəsul Quliyev selektor vasitəsilə qatılacaq. Bu barədə Trend ə ADP Ali Məclisinin sədri Akif Şahbazov bildirib.

A.Şahbazov bildirib ki, toplantıda partiya sədrinin məlumatı dinləniləcək: "Sədrin müavinləri hesabat verəcək, partiyanın təşkilati məsələləri müzakirə ediləcək". Seçkidən sonra partiya qarşısında duran vəzifələr, yeni mübarizə üsulları taktikasının tətbiqi ilə bağlı istiqamətlər müəyyənləşdiriləcək.

A,Şahbazov onu da qeyd edib ki, fevralın 12-də keçiriləcək toplantıda Ali Məclisin üzvü Zəminə Dünyamalıyeva və məclis üzvlüyündən xaric edilən Aydın Quliyevin məsələsi müzakirə edilməyəcək: "Belə məsələlər partiyanın İdarə Heyətində müzakirə edilib baxılmaq üçün Məclisə təqdim olunur. Belə bir müraciət bizə daxil olmayıb".

Qeyd edək ki, Z.Dünyamalıyeva yerli mətbuatda "Azadlıq" bloku liderlərinə qarşı ittihamlarına görə partiyada qınaq obyektinə çevrilib. A.Quliyev isə Ali Məclisin üzvlüyündən qeyri-qanuni olaraq çıxarıldığına görə Ali Məclis rəhbərliyinə şikayət edib.

Xəbər lenti

Xəbər lenti