...

Azərbaycan əhalisinin "quş qripi"nə yoluxması riski çox azdır

Siyasət Materials 11 Fevral 2006 14:31 (UTC +04:00)
Azərbaycan əhalisinin "quş qripi"nə yoluxması riski çox azdır

Azərbaycan əhalisinin "quş qripi"nə yoluxması riski çox azdır. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 11-də Səhiyyə nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib.

Onun sözlərinə görə, virusa hansı yollasa yoluxmanın mümkünlüyü istisna edilmir. "Lakin respublikanın su anbarlarında müvafiq işlər, xüsusilə xlorlama işləri həyata keçirildiyindən xəstəliyin ölkə ərazisinə su vasitəsilə yayılması təhlükəsi yoxdur", - deyə baş epidemioloq bildirib.

O qeyd edib ki, virus insandan insana keçmir. İnsan yalnız bu virusa yoluxmuş quşla təmasda olduqda xəstələnə bilər.

Əhalinin quş məhsullarından istifadəsi məsələsinə gəldikdə mütəxəssis vurğulayıb ki, broyler şirkətlərinin istehsal etdiyi bu məhsullardan istifadə ilə bağlı heç bir təhlükə yoxdur, təhlükə yalnız fərdi təsərrüfatlardadır.

İ.Ağayev onu da qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyev fevralın 10-da Səhiyyə Nazirliyi tərəfindən tədbirlərin gücləndirilməsinə yönəlmiş "quş qripi" ilə mübarizə çərçivəsində yeni fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti