...

Turan Moralı: "Türkiyə münaqişəli vəziyyətlərin diplomatik yolla həllinin tərəfdarıdır"

Siyasət Materials 14 Fevral 2006 11:15 (UTC +04:00)

"Rəsmi Ankara münaqişəli vəziyyətlərin diplomatik yolla həllinin tərəfdarıdır". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı İranın nüvə proqramları ətrafında yaranmış vəziyyəti şərh edərkən bəyan edib.

"İran bizim qonşumuzdur və buna görə də problemlərin hərbi yolla həlli Türkiyə üçün əlverişli deyil. Biz Türkiyə ərazisindən Tehrana qarşı yönəlmiş hərbi məqsədlərlə istifadə olunmasına imkan verməyəcəyik", - deyə səfir qeyd edib.

T.Moralı bildirib ki, İran səylərini dinc məqsədlərə yönəltdiyini sübut etmək üçün nüvə proqramlarının şəffaflığında maraqlı olmalıdır.

Xəbər lenti

Xəbər lenti