...

Abbas Abbasov: Azərbaycan hökuməti və Asiya inkişaf bankı "quş qripi" ilə mübarizə üçün $5 mln. ayrılmasına dair danışıqlar aparır

Siyasət Materials 17 Fevral 2006 16:08 (UTC +04:00)
Abbas Abbasov: Azərbaycan hökuməti və Asiya inkişaf bankı "quş qripi" ilə mübarizə üçün $5 mln. ayrılmasına dair danışıqlar aparır

Azərbaycan hökuməti və Asiya inkişaf bankı (AİB) "quş qripi"nin yayılmasının qarşısının alınması məqsədilə 5 milyon dollar həcmində kredit tranşının ayrılmasına dair danışıqlar aparır. Trend bildirir ki, fevralın 17-də Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov jurnalistlərlə söhbətində bu barədə bəyan edib.

Onun sözlərinə görə, danışıqlar Azərbaycanın dövlət başçısının tapşırığı ilə aparılır və bu məqsədlə "quş qripi" ilə mübarizə üçün xüsusi layihənin hazırlanmasına dair işlər görülür.

A.Abbasov həm də BMT uşaq fondunun (YUNİSEF) Azərbaycana dəstək göstərməsi ilə bağlı təklifini də qeyd edib.

"Quş qripi ilə səmərəli mübarizə üçün texnika, ilk növbədə çiləyici maşınlar lazımdır. Bu istiqamətdə işlər aparılır" -deyə baş nazirin müavini bildirib. O, qeyd edib ki, infeksiya ilə mübarizə üzrə planlı işlərin aparılması üçün 16 milyon ABŞ dolları lazımdır.

Xəbər lenti

Xəbər lenti