...

Novruz Məmmədov: "Rusiya və Azərbaycan arasında münasibətlər çox yaxşı və hərtərəfli inkişaf edir"

Siyasət Materials 20 Fevral 2006 14:24 (UTC +04:00)

"Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər çox yaxşı və hərtərəfli inkişaf edir". Bu barədə Trend ə eksklüziv müsahibəsində Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

"Son illər ərzində bu sahədə böyük uğurlar əldə olunub. Prezidentlər artıq ənənəvi olaraq ildə 1-2 dəfə görüşür. Bu görüşlərdə tərəflərin maraqlı olduğu geniş tərkibli məsələlərlə bağlı fikir mübadiləsi aparılır. Göründüyü kimi, bu görüşlər və danışıqlar özünün müsbət nəticəsini verir", - deyə N.Məmmədov qeyd edib. O əmin olduğunu bildirib ki, İlham Əliyev və Vladimir Putinin Azərbaycanda Rusiya İlinin açılış mərasimində iştirakı münasibətlərin inkişafına daha da kömək edəcək.

N.Məmmədov səfər zamanı hər iki ölkə prezidentinin birgə bəyanatı ilə yanaşı üzərində işlərin hələ davam etdiyi daha bir sənədin imzalana biləcəyini istisna etməyib. Səfər çərçivəsində, həmçinin, Azərbaycan ilə Rusiyanın bir sıra regionları arasında əməkdaşlığa dair sazişlərin imzalanacağı da gözlənilir.

V.Putinin Bakıya səfəri fevralın 21-22-nə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti