...

Bakıda Azərbaycan-Rusiya komissiyasının iclasının yekunları üzrə 2 razılaşma imzalanıb

Siyasət Materials 21 Fevral 2006 12:34 (UTC +04:00)
Bakıda Azərbaycan-Rusiya komissiyasının iclasının yekunları üzrə 2 razılaşma imzalanıb

Bakıda fevralın 21-də keçirilən Azərbaycan-Rusiya komissiyasının iclasının yekunları üzrə 2 sənəd imzalanıb. Azərbaycanın mədəniyyət naziri bulğfaz Qarayev i Kinematoqrafiya və Mədəniyyət üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkoy mədəni əlaqələrin genişləndirilməsi və əməkdaşlığın perspektivləri üzrə razılaşma imzalayıblar. Eləcə də Azərbaycanın baş nazirinin müavini Abbas Abbasov və Rusiyanın sənaye və energetika naziri Viktor Xristenko iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya komissiyasının 10-cu iclasının protokolunu imzalayıblar. Bu barədə Trend məlumat verib.

A. Abbasovun sözlərinə görə, Azərbaycanla Rusiya arasında müqavilə -hüquqi baza 100-dən artıq razılaşmadan ibarətdir ki, onlardan 30-u ticarət-iqtisadi və elmi-texniki münasibətlər sahəsindədir. O, hazırda 10-dan artıq sənədin nəzərdən keçirildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində Stavropol və Sverdlovsk vilayətləri ilə qarşılıqlı ticarət -iqtisadi və elmi -texniki əməkdaşlıq barəsində 2 razılaşma imzalanacaq.

Lakin Rusiyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkinin Trend ə verdiyi məlumata görə, hazırda Stavropol vilayəti ilə razılaşma barədə məsələlər müzakirə mərhələsindədir. Odur ki, Rusiya hökumətinin qərarı yalnız Sverdlovsk vilayəti ilə razılaşmaya aiddir.

Xəbər lenti

Xəbər lenti