...

YAP-ın 20 üzvü təkrar seçkilərə müstəqil şəkildə qatılıb

Siyasət Materials 21 Fevral 2006 12:53 (UTC +04:00)

2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) fərdi qaydada hələlik 20 şəxs namizədliyini irəli sürüb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

A.Sarıyev bildirib ki, YAP-ın 9 saylı Binəqədi ikinci seçki dairəsindən 5, 31 Suraxanı ikinci seçki dairəsindən 3, 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən 1, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 3, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən 2, 110 saylı Zaqatala seçki dairəsindən 2, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən 3, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsindən 1, 103 saylı Gədəbəy seçki dairəsindən isə 2 üzvü namizədliyini verib.

19 saylı Ağdam kənd seçki dairələrindən YAP-ın heç bir üzvünün namizədliyi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti