...

Abbas Abbasov: "Azərbaycan bütün ölkələrlə müdafiə sənayesi sahəsində mövcud məsələləri müzakirə etməyə hazırdır"

Siyasət Materials 21 Fevral 2006 15:00 (UTC +04:00)

Azərbaycanda yeni müdafiə və sənaye nazirliyi yaradılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 21-də jurnalistlərə baş nazirin birinci müavini Abbas Abbasov məlumat verib.

"Azərbaycan - müstəqil ölkədir, əgər nazirlik yaradılarsa, deməli, bunda zərurət və maraqlar var. Bilirsiniz ki, Azərbaycan uzun illərdir ki, Ermənistanla müharibə şəraitindədir və belə nazirlik bu günün tələbinə cavab verir. Hesab edirəm ki, bu sənayenin, onun texnoloji bazasının inkişafı məqsədilə təkcə RF ilə deyil, həm də bütün ölkələrlə müzakirələr apara bilərik. RF qonşu ölkədir və o, bu məsələdə istisna edilmir - deyə A.Abbas qeyd edib.

Xəbər lenti

Xəbər lenti