...

Fevarlın 22-də Müsavat Divanın növbəti toplantısı keçiriləcək

Siyasət Materials 21 Fevral 2006 16:51 (UTC +04:00)

Fevarlın 22-də Müsavat Divanın növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə Müsavat partiyası sədrinin müavini Mehman Cavadoğlu bildirib.

M.Cavadoğlu bildirib ki, toplantının keçirilməsində məqsəd Müsavat Partiyası tərəfindən 6 dairə üzrə təkrar seçkilərdə iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Müsavat Partiyası təkrar seçkilər keçiriləcək 10 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirdikdən sonra dairə seçki komissiyalarına müraciət ediləcək. Onu da bildirək ki, hər seçki dairəsi üzrə bir neçə müsavatçı iddialıdır.

Xatırladaq ki, fevralın 20-də Müsavat Partiyasının Divanında 4 namizəd müəyyənləşdirilib. Hökumə İbrahimova 31 saylı Suraxanı, Mürşüd Məmmədli 38 saylı Gəncə, Sabir Məmmədli 103 saylı Gədəbəy, Arif Hacılı isə 110 saylı Zaqatala seçki dairəsindən namizədliklərini verəcəklər. Yerdə qalan seçki dairələri isə 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələridir.

Xəbər lenti

Xəbər lenti