...

YAP İcra katibliyinin təşəbbüsü ilə "Xəzəl oldu Xocalının Xəzəngülü" kitabı işıq üzü görüb

Siyasət Materials 22 Fevral 2006 14:58 (UTC +04:00)

Xocalı soyqırımının 14-cü ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibliyinin təşəbbüsü ilə hazırlanan "Xəzəl oldu Xocalının Xəzəngülü" kitabı işıq üzü görüb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

YAP sədrinin müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədovun ön söz yazdığı kitabın redaktoru tanınmış jurnalist Aslan Aslanovdur.

Müəllif yazıçı-publisist Sabir Şahtaxtı kitabda təcavüzkar Ermənistanın hərbi qüvvələrinin keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərində törətdiyi ağır cinayətlərdən, vəhşiliklərdən bəhs edib. Müəllif erməni əsirliyində ağır əzablar yaşamış Xocalı sakinlərinin yazdıqları ağır xatirələri kitaba daxil edib və faktlar əsasında dramatik obrazlar yaradıb. Xocalı soyqırımını əks etdirən fotoşəkillər və erməni əsirliyində ağır işgəncələrə məruz qalan həmvətənlərimizin əlyazmalarının surəti kitaba daxil edilib.

Xəbər lenti

Xəbər lenti