...

2005-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin icraatında 148 cinayət işi olub

Siyasət Materials 23 Fevral 2006 14:55 (UTC +04:00)

2005-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyinin (ƏN) İstintaq İdarəsinin icraatında 148 cinayət işi olub. Trend xəbər verir ki, bu barədə ƏN Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İdarəsinin rəisi Hüseynağa Əlixanov məlumat verib.

H.Əlixanov bildirib ki, ötən il məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq İdarəsinin icraatında olmuş cinayət işlərinin sayı 2004-cü illə müqayisədə 1,6 dəfə çox olub. "Məhkəmə qərarlarının icra edilməməsi və digər cinayətlər üzrə həmin işlərdən 106-nın istintaqı tamamlanıb. O cümlədən, istintaq gedişində məhkəmə qərarı icra edildiyinə və digər səbəblərə görə 21 cinayət işinin icraatına xitam verilib, həmin cinayət işləri üzrə zərərçəkmiş şəxslərin hüquqları bərpa edilib. Habelə vurulmuş ziyandan təqribən 90 milyon manat (18.000 ayn) istintaq tədbirləri nəticəsində ödətdirilmişdir.

"Hazırda məhkəmə qərarlarının icrası ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin görülməsi davam etdirilir" - deyə H.Əlixanov söyləyib.

Xəbər lenti

Xəbər lenti