...

Təkrar seçkidə iştirak edən 159 namizəddən 6-sı qeydə alınıb

Siyasət Materials 23 Fevral 2006 18:12 (UTC +04:00)

Bu il mayın 13-də Azərbaycanda 10 dairə üzrə keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərdən 6 nəfəri qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Fevralın 23-də daha 11 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bununla namizədlərin sayı 159 nəfərə çatıb. Onlardan 158-i imza vərəqələrini götürüb. 37 nəfəri isə imzatoplama kampaniyalarını başa çatdıraraq imza vərəqələrini təhvil veriblər.

Namizədlərin əksəriyyəti bitərəflərdir, Yeni Azərbaycan Partiyasının 25, Müsavat Partiyasının 7, Kommunist Partiyasının 3, digər siyasi partiyaların isə bir nəfər üzvü namizədliyini verib.

MSK-dan o da bildirilib ki, təkrar seçkini izləmək üçün müraciət edən yerli müşahidəçilərə yaxın günlərdə vəsiqələr veriləcək.

Xəbər lenti

Xəbər lenti