...

ASDP həmsədri Araz Əlizadə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən imza vərəqələrini götürəcək

Siyasət Materials 24 Fevral 2006 13:40 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə 2006-cı ilə mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini verib. Bu barədə Trend ə ASDP katibi Tofiq Əhmədov bildirib.

T.Əhmədov onu da bildirib ki, ASDP həmsədri artıq öz ərizəsini dairə seçki komissiyasına təqdim edib. Bu gün isə dairə seçki komissiyasından imza vərəqələrini götürəcək. Partiyanın Sumqayıt şəhər təşkilatının güclü fəaliyyət göstərdiyini deyən ASDP katibi seçki qərargahının da bu ünvanda yaradılacağını bildirib. Onu da qeyd edib ki, yaxın günlərdə imzatoplama kampaniyasına başlanılacaq. Bununla bağlı işçi qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti