...

AVCİYA soyqırım haqqında qanun qəbul etməsi üçün Milli Məclisə müraciət edib

Siyasət Materials 24 Fevral 2006 16:31 (UTC +04:00)

Fevralın 24-də "Hyatt Regency" otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə nəşr olunan "Xocalı soyqırımı-1992: sənədlərdə, faktlarda və mətbuatda" kitabının təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, tədbirdə ziyalılar, faciənin iştirakçıları olan Xocalı sakinləri, QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AVCİYA-nın birinci vitse prezidenti Vəli Əlibəyov Assosiasiyanın Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı həyata keçirdiyi işlər barəsində məlumat verib, artıq imzatoplama kampaniyasının başlandığını deyib. Tədbirdə Xocalı faciəsinin iştirakçıları çıxış edərək Azərbaycan xalqının məruz qaldığı soyrqırımın hələ də lazımi səviyyədə dünya miqyasnda təbliğ olunmamasından şikayətləniblər. Tədbirin sonunda Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Milli Məclis üzvlərinə müraciəti oxunub.

Müraciətdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri cinayətə beynəlxalq hüquqi qiymət verilməli, soyqırımın təşkilatçıları və icraçıları məhkəmə tərəfindən ifşa olunub cəzalandırılmalıdır. Milli Məclisin Soyqırım haqqında Qanun qəbul edərək bunu dünya parlamentarilərinə və beynəlxalq təşkilatlara yaymasının zəruriliyi vurğulanır. Həmçinin, bildirilir ki, təşkilat Bakının mərkəzində Xocalı qurbanlarının xatirəsini əbədiləşdirən memorial kompleksinin ucaldılması üçün bu layihənin beynəlxalq müsabiqəsini elan edib.

Xəbər lenti

Xəbər lenti