...

Azərbaycanın üç nazirliyinin nümayəndələri Səudiyyə Ərəbistanındadır

Siyasət Materials 27 Fevral 2006 13:32 (UTC +04:00)

Azərbaycanın Vergilər və Maliyyə Nazirliklərinin nümayəndələri Səudiyyə Ərəbistanında səfərdədir. Bu barədə Trend ə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər bildirib.

Səfir qeüd edib ki, səfərdə məqsəd dövlətlərarası ikiqat vergi qoymanın aradan qaldırılması məsələsinin araşdırılmasıdır. Bununla bağlı işçi qrupunun yaradıldığını deyən səfir məsələnin hər iki dövlətin parlamentlərində müzakirəyə çıxarılacağını bildirib.

Ə.H.Cəfər onu da bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər getdikcə inkişaf edir. 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına etdiyi üç səfər çərçivəsində bu münasibətlər inkişafın yeni mərhələsinə qədəm qoyub. Səfir onu da vurğulayıb ki, 2006-cı ildə də əlaqələrin genişləndirilməsi planlaşdırılıb.

Onun sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti də hazırda Səudiyyə Ərəbistanındadır. Məqsəd iyun ayında keçiriləcək islam ölkələrinin xarici işlər nazirlərinin toplantısına hazırlıq məsələləri üzərində iş aparmaqdır.

Xəbər lenti

Xəbər lenti