...

Fazil Qəzənfəroğlu: "Müsavatçı deputatların yaratdığı qrupda təmsil oluna bilmərik"

Siyasət Materials 2 Mart 2006 12:25 (UTC +04:00)

Müsavatçı millət vəkillərinin parlamentdə yaratdığı qurupda təmsil oluna bilmərik. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, martın 1-də Müsavat Partiyasının parlamentdə təmsil olduğu 4 millət vəkili -Nəsib Nəsibli, İkram İsrafil, İltizam Əkbərli və Arzu Səmədbəyli ilə yanaşı Pənah Hüseynin iştirakı ilə qrup yaradılıb.

F.Qəzənfəroğlu bildirib ki, onların təmsil olduqları müxalifətçi deputat qrupundan heç kəs müsavatçılara qoşulmayacaq: "Parlamentdə ümumi müxalifət formatı yaranarsa birgə fəaliyyət göstərə bilərik. Amma bizim müsavatçıların yaratdığı qrupda fəaliyyət göstərməyimiz mümkün deyil".

Onu da bildirək ki, F.Qəzənfəroğlunun təmsil olduğu müxalifətçi deputatlar qrupunda daha 5 millət vəkili fəaliyyət göstərir. F.Qəzənfəroğlu onu da bildirib ki, martın 3-də saat 11.00-da qrupun növbəti toplantısı keçiriləcək. Bir sıra məsələlərin həll olunacağını deyən millət vəkili qrupun yeni koordinatorunun da seçiləcəyini söyləyib: "Yanvar ayında qrupun koordinatoru vəzifəsini millət vəkili İqbal Ağazadə, fevralda isə millət vəkili Qüdrət Həsənquliyev həyata keçirib. Mart ayında isə bu vəzifəni millət vəkili Aynur Camalqızı yerinə yetirə bilər".

Xəbər lenti

Xəbər lenti