...

Azərbaycanın Dövlət Sərhəd Xidməti Xəzər dənizində muşahidə, axtarış və xilasetmə imkanlarını genişləndirir

Siyasət Materials 3 Mart 2006 17:13 (UTC +04:00)

Azərbaycanın Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi və neft-qaz infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanlarını genişləndirir. Trend xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu məqsədlə Bakının Qaradağ rayonu ərazisində 3 yeni mühafizə məntəqəsinin tikintisi başa çatdırılıb. "Müəssisələrimizdə mütəmadi monitorinqlər keçirilir, görüşlər keçirilir. Onların saxlanma şəraitləri, hüquqlarının təmin olunması ilə bağlçı. Heç bir problem çıxmayıb. Müəyyən məişət məsələlərini nəzərə almasaq. Onlar da hamısı operativ şəkildə həll olunub. Yeni inşa edilmiş "Sahil" mühafizə məntəqəsi 35 kilometr məsafədə üzmə vasitələrinin 6 yanalma körpüsündə, "Qobustan" sahil mühafizə məntəqəsi 53 kilometr məsafədə üzmə vasitələriinn 8 yanalma körpüsündə, Z.Tağıyev adına qəsəbədə "Zeynalabdin Tağıyev" sahil mühafizə məntəqəsi isə 15 kilometr məsafədə üzmə vasitələrinin 5 yanalma körpüsündə xidməti həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti