...

Zaur Fətizade: Fiziki şəxslərin gəlirləri və hüquqi şəxslərin mənfəətləri üzrə bəyannamə martın 31-nə kimi təqdim olunmalıdır

Siyasət Materials 7 Mart 2006 15:03 (UTC +04:00)
Zaur Fətizade: Fiziki şəxslərin gəlirləri və hüquqi şəxslərin mənfəətləri üzrə bəyannamə martın 31-nə kimi təqdim olunmalıdır

Martın 31-nə qədər fiziki şəxslərin gəlirlərinə olan vergi və hüquqi şəxslərin mənfəətlərindən tutulan vergi üzrə bəyannamə təqdim olunmalıdır. Trend in verdiyi məlumata görə, bu barədə martın 7 -də keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin iqtisadi analiz və uçotun təhlili üzrə İdarənin rəisi Zaur Fətizadə məlumat verib. O vergi orqanlarına bəyannamələrin təqdimi üzrə kampanyianın başlamasına həsr olunub.

Ötən illər fiziki şəxslər rezident və qeyri-rezident müəssisələrdən fərqli olaraq gəlirə olan vergi üzrə bəyavnnaməni aprelin 15-dən gec olmamaq şərtilə təqdim etməli idilər. Bunu pozanlar Vergi Məcəlləsinin 57.1 maddəsinə uyğun olaraq şərti maliyyə vahidinin 40 qat ölçüsü məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Əsasalandırılmış səbəb göstərildiyi halda bəyannamənin martın 31-nə kimi bir qədər yubanması baş verərsə, onda onlara 3 ay müddətində möhlət verilə bilər. Bununla yanaşı, əgər bəyannamə poçtla göndərildiyi üçün yubanma baş verərsə, bunlar vergi orqanları tərəfindən nəzərə alınacaq və onlara qarşı sanksiyalar tətbiq edilməyəcək.

Vergiödəyicilərə xidmət üzrə İdarənin rəisi Elçin Məmmədovun sözlərinə görə, bütün vergiödəyicilər bəyannamə formasını pulsuz ala bilərlər. Onlar onu Nazirliyin İnternet-saytı vasitəsilə, eləcə də uçotda olduqları vergi orqanlarından əldə edə bilərlər. Bəyannamə doldurarakən istənilən ifnormasiyaya görə vergiödəyicilər vergi idarəsi ilə məsləhətləşə və ya onu telefon vasitəsilə əldə edə bilərlər.

Aprelin 1-dən fiziki şəxslərin gəlirlərinə vergi üzrə bəyannamənin yeni forması qüvvəyə minir. Bəyannaməni vaxtında təqdim etməyən vergiödəyicilər artın yeni formadan istifadə etməlidirlər. O, kameral yoxlamaların nəticələri üzrə öz uçotlarında dəyişikliklər etməli olan vergiödəyicilər arasında paylanılacaq.

2004-cü ilin yekunları üzrə hüquqi və fitziki şəxslərin 90% -i könüllü olaraq vergi bəyananmələrini təqdim ediblər. E.Məmmədovun fikrncə, 2005-ci ilin fəaliyyətinin nəticələrinə görə, bu göstərici daha yüksək olacaq. Dünya praktikasında 80% yüksəlmə artıq yaxşı göstərici hesab olunur. Qərbi Avropa ölkələrində 90% yüksək göstərici hesab edilir. Bu gün respublikada bir qayda olaraq hüquqi şəxslərin mənfəətləri üzrə 11 min, 7 mindən artıq isə fiziki şəxslərin gəlirlərinə vergi vergiödəyicisi var.

Xəbər lenti

Xəbər lenti