...

Andres Herkel: İyunun 1-dək AŞPA-nın həmməruzəçiləri müşahidəçi kimi Bakıya gələcək

Siyasət Materials 9 Mart 2006 14:43 (UTC +04:00)

Trend-i buradan izləyin

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qross müşahidəçi kimi Bakıya gələcək. Bu barədə eksklyuziv olaraq Trend ə AŞPA-nın həmməruzəçisi, estoniyalı parlamentari Andres Herkel bildirib.

"Səfər bu ilin iyunun 1-dək baş tutacaq və bu, 2006-cı ilin 13 mayında Milli Məclisə (parlament) keçiriləcək təkrar seçkilərlə bağlı monitorinq missiyasının bir hissəsi deyil"-deyə A. Herkel qeyd edib və xatırladıb ki, həmməruzəçilərin səfərinə dair qərar mayın 8-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında qəbul edilib.

Eyni zamanda A. Herkel səfərin təkrar seçkilər zamanı baş tuta biləcəyini və həmməruzəçilərin həmçinin səsvermədə birbaşa müşahidə prosesində iştirak edəcəyini istisna etməyib. "Biz A.Qross ilə ayrıca monitorinq məqsədilə Bakıya gələcəyik. Səfərin dəqiq tarixinin müəyyən edilməsi texniki məsələdir"-deyə AŞPA-nın həmməruzəçisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti