...

10 dairə üzrə seçici siyahıları internetdə və seçki məntəqələrində yerləşdirilib

Siyasət Materials 9 Mart 2006 18:33 (UTC +04:00)

Təkrar parlament seçkilərinin keçiriləcəyi 10 seçki dairəsi üzrə seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin internet saytında yerləşdirilib. Bu barədə Trend ə İnformasiya Mərkəzindən məlumat verilib.

Seçicilərin dəqiqləşdirilmiş siyahısı www.infocenter.gov.az saytına daxil edilib. Vətəndaşlar internet siyahısında öz adlarını axtara bilərlər. Siyahılara adları daxil edilməyən seçicilər həm seçki məntəqələrinə, həm də "Seçkilər" İnformasiya Mərkəzinə müraciət edə bilərlər. Seçici siyahıları ilə həmçinin seçki məntəqələrində də tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti