...

ABŞ dövlət katibinin müavini martın 13-14-də Azərbaycana gələcək

Siyasət Materials 11 Mart 2006 12:25 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini martın 13-14-də Azərbaycana gələcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya ilə əlaqələr üzrə müavini Daniel Frid (Daniel Fried) martın 13-17-də Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər edəcək. Bu barədə Trend ə ABŞ dövlət departamentinin Avropa və Avrasiya ilə əlaqələr üzrə bürosunun rəsmi nümayəndəsi Terri Devidson bildirib.

Səfər zamanı D. Fridi ABŞ dövlət departamentinin Avrasiyada münaqişələr üzrə xüsusi nümayəndəsi, Minsk qrupunun amerikalı həmsədri, səfir Stiven Mənn müşayiət edəcək.

Martın 13-14-də D. Frid Bakıda danışıqlar aparacaq, ikitərəfli münasibətlərin inkişafı, demokratiya və Dağlıq Qarabağ probleminin həlli kimi məsələləri müzakirə edəcək. Bakıda həmçinin ictimaiyyətin nümayəndələri və sahibkarlarla görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Martın 14-15-də ABŞ dövlət katibinin müavini Gürcüstanın rəsmi şəxsləri ilə görüşəcək, Amerikanın Gürcüstanda demokratik islahatlara dəstəyi, Abxaziya və Cənubi Osetiyada separatçı münaqişələrin sülh yolu ilə həlli, eləcə də Gürcüstanın Avro-Atlantik institutlarla əlaqələri kimi məsələlər müzakirə ediləcək.

Martın 15-16-da D.Frid İrəvanda bir sıra görüşlər keçirəcək. O, Ermənistanın hökumət nümayəndələri ilə ikitərəfli münasibətlərin inkişafı, demokratiya və Dağlıq Qarabağ probleminin həlli məsələlərini müzakirə edəcək.

Martın 16-da ABŞ dövlət katibinin müavini Ankaraya gedəcək və orada Türkiyə xarici işlər nazirinin müavini ilə görüşəcək, ikitərəfli əlaqələrin inkişafı, eləcə də Türkiyənin Qafqaz ölkələri ilə əlaqələri kimi məsələləri müzakirə edəcək.

D.Frid martın 17-də ABŞ-a qayıdacaq.

Xəbər lenti

Xəbər lenti