...

Daniel Frid: İranın nüvə proqramı dayandırılmalıdır

Siyasət Materials 14 Mart 2006 18:50 (UTC +04:00)

İranın nüvə proqramı dayandırılmalıdır. Bu, yalnız ABŞ-ın deyil, həmçinin bütün dünya birliyinin mövqeyidir. Trend bildirir ki, martın 14-də Bakıda keçirilmiş mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid bu barədə bəyan edib.

Onun sözlərinə görə, böhran vəziyyəti dialoq yolu ilə həll edilməlidir. "Biz inanırıq ki, dialoqun nəticəsi olacaq" -deyə D. Frid qeyd edib.

O deyib ki, "son aylar ərzində Tehran bir sıra böhtan dolu bəyanatlar səsləndirib". "Biz Qərbə qarşı səsləndirilən belə mənasız fikirlərin gələcəkdə davam etdirilməsinə yol verməyəcəyik" -deyə o bildirib.

ABŞ dövlət katibinin müavini həmçinin Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli istiqamətində Rusiyanın səylərini yüksək qiymətləndirib. "Biz bu istiqamətdə Moskvanın konstruktiv səylərini yüksək qiymətləndiririk" -deyə o bildirib.

Sonda D. Frid deyib: "Azərbaycan qonşularını özü seçməyib. Ölkə onlarla yaşamağa məhkumdur". Onun sözlərinə görə, rəsmi Bakının Vaşinqtonla Ağ Evin regiona münasibəti ilə bağlı məsləhətləşməyə tam hüququ var. "Biz bu mövqeni Bakıda bildirmişik və düşünürük ki, Azərbaycanın bizim regional siyasətimizi bilməyə tam hüququ var" -deyə D. Frid bildirib və Azərbaycanla ABŞ arasındakı əlaqələrin hazırkı səviyyəsini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti