...

Asim Mollazadə məmurları vətəndaşların problemlərinə laqeyd qalmamağa çağırıb

Siyasət Materials 17 Mart 2006 19:00 (UTC +04:00)

Martın 17-də Nəsimi rayon İcra Hakimiyyəti yanında "2005-ci ilin yekunları və qarşıda duran vəziyələr"ə dair illik hesabat müşavirəsi keçirilib. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib. həmin müşavirədə 22 saylı Nəsimi ikinci seçki dairəsindən seçilmiş deputat, DİP sədri Asim Mollazadə də iştirak edib.

A.Mollazadə müşavirədə çıxış edərək bəzi məmurların qarşılarına qoyulmuş vəzifələrə nail ola bilmədiklərini, vətəndaşların məmur laqeydliyindən əziyyət çəkdiyini deyib və Nəsimi rayonunun icra orqanlarını vətəndaşların problemlərinin həllinə köməklik göstərməyə çağırıb. Millət vəkili müharibə əlillərinin, milli qəhrəmanların ailələrinə müavinətlərin ayrıldığını, lakin şəhid ailələrinin bu prosesdən kənarda qaldığını diqqətə çatdırıb və bu təbəqədən olan insanlara xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb.

A.Mollazadə təhsil və səhiyyə sahəsindəki problemlərdən də danışıb, Nəsimi rayonunda yollarla bağlı ciddi problemlərin hələ də qaldığını, rayon ərazisində aparılan tikinti işlərinin əhalinin narazılığına və narahtlığına səbəb olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti