...

Azərbaycan prezidenti Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını təltif edib

Siyasət Materials 27 Mart 2006 17:28 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına yüksək hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini Əli Nağıyev, nazirliyin mühafizə xidmətinin rəhbəri Fərhad Vahabov və kadrlar idarəsinin rəisi Əlimusa Əliyevə general-mayor rütbəsi verilib.

Bundan başqa, dövlət başçısı MTN-in bir qrup əməkdaşının təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, iki nəfər "Azərbaycan bayrağı" ordeni, 7 nəfər "Vətən uğrunda", 6 nəfər "İgidliyə görə", 10 nəfər isə "Hərbi xidmətə görə" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti