...

Azərbaycan XİN Rusiya ilə Ermənistan arasındakı qaz-silah müqaviləsi məsələsini öyrənir

Siyasət Materials 28 Mart 2006 11:54 (UTC +04:00)

Azərbaycan XİN Rusiya ilə Ermənistan arasında qaz-silah müqaviləsi deyilən məsələnin öyrənilməsi ilə məşğuldur. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, məlumat öz təsdiqini tapsa, Azərbaycan XİN "Rusiya tərəfi ilə ikitərəfli qaydada müvafiq iş aparmaq" niyyətindədir.

Qeyd edək ki, bu günlərdə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb və bu məlumata görə, Moskva Ermənistana təbii qazın qiymətinin artırılmasının əvəzinə bonuslar verib. Söhbət ondan gedir ki, "Qazprom"un Ermənistana tədarük etdiyi qiyməti 56 dollardan 110 dollaradək artırılmış hər min kubmetr qaza görə rəsmi İrəvan Rusiya silahının alınması üçün bonus alır.

Xəbər lenti

Xəbər lenti