...

Müxalifət partiyaları Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə qoşulmayacaqlarını bildiriblər

Siyasət Materials 28 Mart 2006 17:18 (UTC +04:00)

Müxalifətin yenidən birgə fəaliyyət göstərməsi mümkün deyil. Bu barədə Trend ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) yaranmasına münasibət bildirərkən belə deyib.

BAXCP rəsmisi onu da vurğulayıb ki, belə mərkəzlər çox yaranıb və müxalifət liderlərinin ittihamları ilə sonradan dağılıb: "Biz həmin mərkəzin yaradılmasında iştirakla bağlı dəvət almamışıq. Belə bir təklif olarsa belə, orada görünmək istəməzdik".

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov da MSƏM-in gələcəkdə hər hansı bir perspektiv fəaliyyət göstərəcəyinə inanmadığını söyləyib. Vəhdət, İslam və Dirçəliş Partiyaları, eləcə də "Bizim Azərbaycan" blokunda təmsil olan partiyalar MSƏM-ə qoşulmayacaqlarını vurğulayıblar.

Qeyd edək ki, MSƏM-in təsisiçiləri mərkəzin qapılarının bütün siyasi qüvvələrin üzünə açıq olduğunu bəyanlayıb.

Xəbər lenti

Xəbər lenti