...

İqbal Babayev: "Seçici siyahıları seçki məntəqələrində asılıb"

Siyasət Materials 29 Mart 2006 14:17 (UTC +04:00)

Seçici siyahıları təkrar parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələri tərəfindən elan olunub. Bu barədə Trend Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib. O, bildirib ki, seçici siyahıları artıq məntəqələrdə divarlardan asılıb və vətəndaşlar ora yaxınlaşıb öz adlarını axtara bilərlər. Siyahıda adını tapa bilməyən seçicilər məntəqə və dairə seçki komissiyalarına müraciət edərək bu problemi aradan qaldıra bilərlər.

İqbal Babayevin sözlərinə görə, məntəqə və dairə seçki komissiyaları əlavə və düzəlişlərdən sonra siyahıları səsvermə gününə 35 gün qalmış "Seçkilər" İnformasiya Mərkəzinə təqdim edəcək. İnformasiya Mərkəzi də yekun siyahını internet səhifəsində (www.infocenter.gov.az) yerləşdirəcək.

"Seçkilər" İnformasiya Mərkəzi səsvermə günü 24 saat ərzində 10 dairədən gələn protokolların nəticələrini elan edəcək.

Xəbər lenti

Xəbər lenti