...

Etibar Məmmədovun lideri olduğu AMİP Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb

Siyasət Materials 29 Mart 2006 17:40 (UTC +04:00)

Ədliyyə Nazirliyinin martın 29-da keçirilən kollegiya iclasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılıb. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Ə.Orucov qeyd edib ki, adıçəkilən nazirliyin kollegiya iclası AMİP-in 8 yanvarda keçirilən Mərkəzi Şurasının qərarını və 22 yanvarda keçirilən növbəti qurultayının sənədlərini araşdırıb: "Nazirliyin qərarı ilə Etibar Məmmədovun lideri olduğu AMİP qeydiyyata alınıb".

AMİP rəsmisi onu da bildirib ki, bu qərardan sonra Əli Əliyevin partiyanın sədri adından danışmağa hüquqi cəhətdən heç bir ixtiyarı yoxdur.

Xəbər lenti

Xəbər lenti