...

İqbal Ağazadə: "Siyasi Əlaqələndirmə Mərkəzinin işçi qrupu digər bloklarla əməkdaşlığa dair təkliflər hazırlayacaq"

Siyasət Materials 30 Mart 2006 12:23 (UTC +04:00)

"Mən də belə iddia ilə çıxış edə bilərəm ki, "Azadlıq" blokunun siyasi qurum kimi fəaliyyətinin heç bir perspektivi yoxdur. Çünki indi hər kəs öz liderliyini iddia edir. "Azadlıq" bloku yaxşı olardı ki, öz işləri ilə məşğul olsun, Siyasi Əlaqələndirmə Mərkəzinin problemləri isə bu qurumun özünə aiddir". Bu fikirləri Trend ə açıqlamasında yeni yaradılmış müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin həmtəsisçisi, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Qeyd edək ki, bu qurumun yaradılmasından sonra "Azadlıq" blokuna daxil olan partiyaların funksionerləri Siyasi Əlaqələndirmə Mərkəzi ilə əməkdaşlığın mümkün olmadığını bildiriblər. Bunu həmin qurumla "Azadlıq" blokunun mövqelərində fərqlərin mövcudluğu, parlamentin deputatı İqbal Ağazadənin orada təmsil olunması, SƏM-dən fərqli olaraq "Azadlıq"ın parlamentdən və təkrar seçkidə iştirakdan imtina etməsi kimi səbəblərlə izah ediblər.

Belə bəyanatlara münasibət bildirən İqbal Ağazadə qeyd edib ki, "Azadlıq" blokuna daxil olan partiyaların ikinci-üçüncü dərəcəli funksionerlərinin fikirləri həmin qurumlarının rəhbərlərinin də mövqeyini ifadə edir. Belə olan halda, SƏM-in "Azadlıq" bloku ilə əməkdaşlıq edib-etməyəcəyinə gəldikdə, İ.Ağazadə həmin blokun yalnız belə bəyanatlar verən partiyalardan ibarət olmadığını deyib: "Bizimlə əməkdaşlığın mümkün olmadığını bəyan edənlər isə yaxşı olar ki, cəmiyyət üçün daha faydalı məsələləri müzakirəyə çıxarsın, bu blok başqalarını ittiham etməkdənsə, demokratiyanın inkişafı yönündə daha səmərəli fəaliyyət göstərməyə çalışsın".

İ.Ağazadə həmçinin əlavə edib ki, Siyasi Əlaqələndirmə Mərkəzinin işçi qrupu digər bloklarla əməkdaşlıq məsələsinə dair Sədrlər Şurasına təkliflər verəcək.

Xəbər lenti

Xəbər lenti