...

Asim Mollazadə Kosovonun gələcək statusuna həsr edilmiş konfransa dəvət olunub

Siyasət Materials 30 Mart 2006 14:22 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə aprelin 8-də Strasburqda, Avropa Şurası Parlament Assambleyasında keçiriləcək "Kosovonun gələcək statusu" mövzusunda konfransa dəvət olunub. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib. Həmin konfrans Avropa Şurasının Demokratik İslahatlar və Liberallar Alyansı, Avropa Parlamentinin eyni adlı qrupu, Avropanın demokratik islahatlar və liberallar partiyası və "Liberal İnternasional"ın təşkilatçılığı ilə keçiriləcək.

Sözügedən tədbirin keçirilməsində məqsəd Kosovo probleminin həlli yollarını müzakirə etmək və bu istiqamətdə problemin həlli ilə məşğul olan beynəlxalq qurumlara təkliflər verməkdən ibarətdir. AŞPA-da keçiriləcək konfransa Serbiya və Kosovodan da nümayəndələr qatılacaq.

Xəbər lenti

Xəbər lenti