...

Əli Əliyevin rəhbərlik etdiyi AMİP-in adı dəyişdiriləcək

Siyasət Materials 4 Aprel 2006 17:09 (UTC +04:00)

Əli Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) adında dəyişiklik ediləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə partiyanın sədri Əli Əliyev açıqlama verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Etibar Məmmmədovun liderlik etdiyi AMİP-i qeydiyyata alması onların bu qərarını sürətləndirib.

"Mənim subyektiv mövqeyim budur ki, ad uğrunda mübarizə aparmağa ehtiyac yoxdur. Təəssüf ki, bu günə qədər Ədliyyə Nazirliyi qəbul etdiyi qərarla bağlı bizə heç bir sənəd və izahat təqdim etməyib. Biz dəfələrlə nazirliyin belə bir qərar qəbul etməsinin əsasları haqqında məlumat almağa cəhd göstərmişik, amma mümkün olmayıb. Biz artıq bilirik ki, partiyanın adının dəyişdirilməsi reallığa çevrilib. Əvvəllər də dəfələrlə bildirmişdim ki, partiyanın adı ilə bağlı müəyyən fikirlərimiz var. Sadəcə olaraq, Ədliyyə Nazirliyinin məlum qərarı bunu sürətləndirdi. Partiyanın daxilində də fikirlər belədir ki, ad dəyişdirilməlidir"-deyə Əli Əliyev açıqlama verib.

Ə.Əliyevin sözlərinə görə, partiyanın yeni adı ilə bağlı xeyli təkliflər var. Amma qəbul olunacaq adların heç biri AMİP adına oxşar olmayacaq: "Tamamilə yeni fəlsəfə, yeni ad uğrunda mübarizə aparacağıq".

Xəbər lenti

Xəbər lenti