...

Türkiyə prezidenti Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb

Siyasət Materials 5 Aprel 2006 13:10 (UTC +04:00)

Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Əhməd Necdət Sezər aprelin 5-də Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafı və regional layihələrin gerçəkləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib. Həmçinin, hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, mal dövriyyəsinin artırılması məsələləri də müzakirə mövzusu olub.

Tərəflər qarşılıqlı mal dövriyyəsi göstəricisinin artaraq 1 mlrd. dollara çatacağına ümid etdiyini vurğulayıb.

Artur Rəsizadə Azərbaycan tərəfinin iqtisadi əlaqələrin fəallaşdırılmasında maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə iş adamları Azərbaycanın iqtisadiyyatına 2,2 mlrd dollar sərmayə yatırıb. 2004-cü ildə Azərbaycan və Türkiyə arasında mal dövriyyəsinin həcmi $550 mln, 2005-ci ildə isə $795 mln təşkil edib.

Xəbər lenti

Xəbər lenti