...

AMİP-in 3 rayon və 1 şəhər təşkilatının sədri vəzifədən kənarlaşdırıla bilər

Siyasət Materials 6 Aprel 2006 17:08 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Cəlilabad, Laçın, Qaradağ rayon və Mingəçevir şəhər təşkilatlarının sədrləri vəzifələrindən xaric edilə bilər. Bu barədə Trend ə AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Ə.Orucov qeyd edib ki, adıçəkilən təşkilatların sədrləri AMİP sədrliyindən uzaqlaşdırılan Əli Əliyevin tərəfində olduqlarından vəzifələrindən azad oluna bilərlər: "Əgər həmin şəxslər partiyanın nizamnamə və məramnaməsinə hörmət etməsələr, partiyanın siyasi xəttinə qarşı çıxış etsələr, sədrlikdən uzaqlaşdırılacaqlar". AMİP rəsmisi onu da qeyd edib ki, nizamnaməyə uyğun olaraq hər 3 ildən bir rayon və şəhər təşkilatları hesabat xarakterli yığıncağ keçirməlidir: "Qurultaya hazırlıqla bağlı bölgələrdə keçirdiyimiz konfranslar da bu tarixə təsadüf edir. Adıçəkilən rayon və şəhər təşkilatında da konfranslar keçiriləcək. Konfrans iştirakçıları sədrlərinə etimad göstərsələr və eyni zamanda onlar partiyanın siyasətini qəbul etsələr, heç bir problem olmayacaq".

Ə.Orucov onu da bildirib ki, belə bir problem partiyanın Lerik rayon təşkilatında da baş vermişdi. Lakin bu məsələ həll olunub. Qeyd edək ki, Fərəc Bayramov AMİP-in Cəlilabad, Telman Məmmədov Mingəçevir, Asif İsayev Laçın və Fazil Usubov isə Qaradağ təşkilatının sədridir.

Xəbər lenti

Xəbər lenti