...

Azərbaycan prezidenti Avstriya Ali Məhkəməsinin sədrini qəbul edib

Siyasət Materials 10 Aprel 2006 19:39 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 10-da Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohann Jeşutu qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında müxtəlif sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılmasının ölkəmiz üçün vacib məsələ olduğunu bildirən İlham Əliyev Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu sahədə müsbət irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb. O, indiki səfərin iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İ.Jeşut Avropa İttifaqına üzv olduqdan sonra Avstriyanın məhkəmə sistemində həyata keçirilən islahatlara toxunaraq, bu prosesin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycan və Avstriya məhkəmələri arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti