...

Azərbaycan prezidenti Zaqatalada yeni hava limanının təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 12 Aprel 2006 14:11 (UTC +04:00)

Aprelin 12-də Zaqatala rayonunda yeni hava limanının təməlqoyma mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev də bu mərasimdə iştirak edib.

İlham Əliyev Zaqatala rayonundakı N saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı bildirib ki, sovet dövründən bəri Şəki və Zaqatalada iri təyyarələri qəbul etmək üçün lazımi standartlara cavab verməyən hava limanları mövcuddur. Zaqatalada tikiləcək yeni hava limanı regionda turizmin inkişafına şərait yaradacaq.

Prezident sahibkarları regionun turizm potensialını fəal şəkildə inkişaf etdirməyə və yeni infrastruktur obyektləri istismara verməyə çağırıb.

Zaqataladan sonra dövlət başçısı Qax və Şəkiyə səfər etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti