...

Müxalifəti Siyasi Əlaqələndirmə Mərkəzi mayın 6-a mitinq planlaşdırıb

Siyasət Materials 12 Aprel 2006 20:10 (UTC +04:00)

Müxalifəti Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) mayın 6-da mitinq keçirməklə bağlı Bakı meriyasına müraciət edəcək. Bu barədə Trend ə MSƏM-də təmsil olan Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı qərar MSƏM-in aprelin 12-də keçirilən toplantısında qəbul edilib.

F.Quliyev bildirib ki, MSƏM-də təmsil olan Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının aprelin 14-də keçiriləcək iclasının nəticələrinə görə mitinqin tarixi dəyişdirilə bilər: "Çünki bu partiya qurultaya hazırlaşır. Ola bilər ki, tədbirlər üst-üstə düşməsin deyə mayın 6-a planlaşdırdığımız mitinq başqa vaxta keçirilsin".

MDH lideri onu da bildirib ki, mitinqi bir neçə marşrut üzrə keçirməyi planlaşdırıblar. F.Quliyev onu da qeyd edib ki, MSƏM-in toplantısında İşçi qrupuna aylıq fəaliyyət proqramının hazırlanması tapşırılıb: "Eyni zamanda mərkəzdə təmsil olunmaq üçün 9 partiyanın müraciətinə də baxılıb. Qərara alınıb ki, MSƏM-in növbəti toplantısında bu məsələ geniş müzakirə olunsun".

Xəbər lenti

Xəbər lenti