Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Şəkidəki modul stansiya tikintisinin gedişatı ilə tanış olub.
Trend agentliyinin məlumatına əsasən, tədbirdə bildirilib ki, stansiyanın tikintisi 2005-ci ilin noyabrında başlayıb və 2006-cı ilin avqustunda başa çatacaq. Elektrik stansiyasının gücü 87 MVt-a bərabərdir. Layihənin baş podratçısı Finlandiyanın Wartsila şirkətidir.
Prezident çıxışında deyib ki, bu stansiyanın açılması ilə bütün şimal-qərb reqionu elektrik enerjisi ilə təmin olunacaq və əhalinin həyatı yüngülləşdiriləcək.
İlham Əliyev həmçinin Şəki kərpic zavodunun işi ilə də tanış olub.