Avropa Şurası Parlament Assambleyası Hüquq Komitəsinin aprelin 13-də keçirilmiş iclasında AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın Moldovanın hazırda həbsdə olan keçmiş müdafiə naziri, o cümlədən informasiya və təhlükəsizlik xidmətinin keçmiş direktoru Valeri Passatın işi üzrə məruzəçi təyin olunmasına dair qərar qəbul edilib. Bu barədə Trend in Strasburqdakı müxbiri xəbər verir.
"Valeri Passat rüşvətxorluqda təqsirləndirilir. Belə mühüm məsələ ilə bağlı məhz azərbaycanlı nümayəndənin məruzəçi təyin edilməsi çox əhəmiyyətlidir", - deyə G.Hacıyeva qeyd edib.