"Ramil Səfərov barəsində çıxarılan məhkəmə hökmü çox ədalətsiz bir qərardır. Budapeşt şəhər məhkəməsi onun törətdiyi hadisənin səbəblərini daha dəqiq araşdırmalı idi". Bu fikirləri Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
O, qeyd edib ki, Ramil Səfərovu həmin hadisəni törətməyə erməni zabiti Qurgen Markaryan özü vadar edib: "Hər bir vətəndaşın, xüsusilə də zabitin gözü önündə onun dövlət atributu təhqir edilirsə, bu hərəkətə mütləq adekvat cavab verilməli idi. Üstəlik Ramil Səfərov hadisəni törədərkən emosional vəziyyətdə olub, məhz erməninin təxribatçı hərəkətlərinin təsiri altında ona cavab olaraq addım atıb. Bu faktlar məhkəmə tərəfindən mütqəl nəzərə alınmalı idi".
Mübariz Qurbanlı onu da deyib ki, Ramil Səfərovun müdafiəsi ilə bağlı düşünülməmiş və ümumi işimizə fəsadlar verə biləcəklər hərəkətlərə də yol verilməməlidir.