Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Komissiyasının tərkibini təsdiqləyib.
İqtisadi inkişaf naziri Heydər Babayev komissiyanın sədri təyin olunub. Komissiyanın tərkibinə isə xarici işlər nazirinin, maliyyə nazirinin, mədəniyyət və turizm nazirinin, səhiyyə nazirinin və kənd təsərrüfatı nazirinin müavinləri, eləcə də Milli Bank, Sənaye və Energetika Nazirliyinin məsul işçiləri daxildir.
Komissiyaya Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın tənzimlənməsi və daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər görmək tapşırılıb.