...

Azərbaycan prezidenti Ədliyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin əsasnamələrini təsdiqləyib

Siyasət Materials 19 Aprel 2006 16:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyinin əsasnamə və strukturunun, aparat əməkdaşları həddinin təsdiqlənməsi barədə sərəncam imzalayıb. Trend in verdiyi məlumata görə, sərəncama görə, nazirlik üçün 110 ştat vahidi son hədd kimi müəyyən edilib. Ölkənin Nazirlər Kabinetinə qüvvədə olan normativ-hüquqi aktların bu sərəncama müvafiq qaydaya salınması üzrə təkliflərin hazırlanıb Azərbaycan prezidentinə təqdim olunması üçün bir ay vaxt verilib.

Azərbaycan prezidenti digər sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasnamə və strukturunun, aparat əməkdaşlar həddinin təsdiqlənməsi barədə sərəncam imzalayıb. Əməkdaşların say həddi 160 ştat vahidi müəyyən edilib. Ölkənin Nazirlər Kabinetinə qüvvədə olan normativ-hüquqi aktların bu sərəncama müvafiq qaydaya salınması üzrə təkliflərin hazırlanıb Azərbaycan prezidentinə təqdim olunması üçün bir ay vaxt verilib.

Prezident həmçinin Ədliyyə Nazirliyinin əsasnaməsini də təsdiqləyib. Ölkənin Nazirlər Kabinetinə qüvvədə olan normativ-hüquqi aktların bu sərəncama müvafiq qaydaya salınması üzrə təkliflərin hazırlanıb Azərbaycan prezidentinə təqdim olunması üçün bir ay vaxt verilib.

Xəbər lenti

Xəbər lenti