...

Angela Merkel Avropa Birliyinin Qafqaz siyasətinin prioritetlərini nəzərdən keçirməyi planlaşdırır

Siyasət Materials 19 Aprel 2006 20:34 (UTC +04:00)

Almanyia kansleri Angela Merkel AB-nin Qafqaz siyasətinin prioritetlərini nəzərdən keçirməyi planlaşdırır. Bu barədə Die Welt alman qəzeti yazır.

Merkel bu regionun Avropa Birliyinin diqqətinin əsas obyektlərindən biri və eləcə də geosiyasi planda Avropaya yaxınlaşmalı olduğunu hesab edir.

Qəzetin ölkənin hökumət dairələrinə istinadən yazdığına görə, o, bu barədə mayın 11-də, reyxstaqda Almaniyanın Avropa Birliyinə gələcək sədrliyinə həsr olunmuş çıxışı zamanı bəyan etməlidir. Qeyd edək ki, Almaniya AB-yə 2007-ci il yanvarın 1-dən sədrlik etməyə başlayacaq və bu, 6 ay davam edəcək. Bu barədə www.lenta.ru xəbər yayıb.

Xəbər lenti

Xəbər lenti