...

"Turizm və səyahətlər" sərgisi öz işinə başlayıb

Siyasət Materials 20 Aprel 2006 13:19 (UTC +04:00)
"Turizm və səyahətlər" sərgisi öz işinə başlayıb

Dünyanın 10 ölkəsindən 42 şirkət aprelin 20-də Bakıda açılmış "Turizm və səyahətlər" adlı 5-ci yubiley beynəlxalq sərgisində (ATIF-2006) iştirak edir.

Sərgi Beynəlxalq Turizm təşkilatı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi Turizm Sərgilərinin təşkili üzrə Assosiasiyası, Azərbaycan Ticarət-Sənaye Palatası, İnvestisiyaların Təşviqi Fondu, o cümlədən Azərbaycan Respublikası Turizm Sənayesinin İnkişafı Birliyi və TUSİAB-ın dəstəyi ilə ITE Group PLC tərəfindən təşkil olunub. Sərginin baş sponsoru AZAL şirkətidir.

Sərginin əsas bölmələri bunlardır: hava rabitəsi, tur-operatorlar, idman turizmi, kruizlər, ekoloji turizm, otellər, mehmanxanalar, sanatoriyalar, sığorta və bank xidmətləri və s.

Sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev, İteca şirkəti və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti